QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, soyuq mövsüm gəlməmiş evin bir sıra hissələrini təmizləmək məsləhət görülür.
Mütəxəssislər istilik sistemlərinin hava çıxışlarının və ventilyasiya dəliklərinin təmiz saxlanmasını vacib sayırlar. Yayda bu yerlərdə toz, tük və başqa çirklər yığıla bilər. Sistem işə salındıqda həmin hissəciklər havaya qarışa bilər.
Tavan ventilyatorları, işıqlandırma qurğuları və hündür rəflər də tozdan təmizlənməlidir. Pəncərə çərçivələri və kənarlarında yay ərzində toz və digər çirklərin toplanması mümkündür.
Qışa hazırlıq işlərinə soyuducunun içini təmizləmək, vaxtı keçmiş qidaları çıxarmaq, rəfləri və qapı rezinlərini silmək də daxildir. Cihazın səmərəli işləməsi üçün arxa tərəfində və altında yığılan tozun götürülməsi tövsiyə olunur.
Həmçinin soba və mikrodalğalı sobanı təmizləmək, mətbəx şkaflarının üstündəki yağ və ləkələri silmək lazımdır.
Giriş hissəsi, qonaq otağı və sanitar qovşaqlar da təmizlənməli, qapı tutacaqları və işıq açarları kimi tez-tez toxunulan səthlər silinməlidir.