QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İsveçrənin Sürix şəhəri yaxınlığında A1 avtomobil yolunda səhər saatlarında 37 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
Toqquşma Kempthal bölgəsindəki Hammermühle viadukunda qeydə alınıb. Qəzadan sonra Sankt-Qallen istiqamətində avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Polisin məlumatına görə, hadisə yerində qışa xas əlverişsiz hava şəraiti hökm sürüb.