QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, aktyor Allahverdi Yolçuyev övladlarına evini satmamaq barədə vəsiyyət etdiyini açıqlayıb.

Sənətçi bu barədə iştirak etdiyi verilişdə danışıb. Yolçuyev evini böyük zəhmət hesabına tikdirdiyini və övladlarının orada yaşamağa davam etməsini istədiyini bildirib:

“Pulumu min bir əziyyətlə qazanıb ev tikmişəm. Mənə heç kim havayı pul verməyib. Ən böyük vəsiyyətim budur: qurduğum evi dağıtmasınlar, satmasınlar. Həmişə orada yaşasınlar. Atam 1994-cü ildə vəfat edib. O da deyirdi ki, bu ev dədə-baba yurdudur, burada qal və yaşa. Mən də övladlarıma deyirəm ki, burada qalın”.