QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İran və ABŞ uranın zənginləşdirilməsini dayandırmaq və ya azaltmaq məsələsini müzakirə etməyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai danışıqların bu mərhələyə çatmadığını bildirib.
“Xeyr, hazırda biz ümumiyyətlə bu mərhələdə deyilik. Bütün bu müddət ərzində nüvə məsələsi ilə bağlı detalları müzakirə etmirik və etməmişik”, – deyə Bəqai əlavə edib.
XİN sözçüsü, həmçinin, İranın ABŞ tərəfindən ona qarşı yönələn hər hansı hərbi təcavüzü cavabsız qoymayacağını vurğulayıb.