QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Gürcüstanın Ankaradakı səfiri Arçil Kalandia Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə XİN-in məlumatına görə, səfir ötən gün Batumidə keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında baş vermiş insidentlə bağlı nazirliyə dəvət olunub. UEFA Avropa Liqasının oyunu zamanı yaşananlarla əlaqədar ona nota təqdim edilib.

Türkiyə tərəfi, həmçinin, ölkə vətəndaşlarına qarşı güc tətbiqində və müdaxilədə məsuliyyəti olan şəxslər barəsində hüquqi tədbirlər görülməsini tələb edib.