QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Yəməndəki “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanının Əbuqeyq şəhərində “Saudi Aramco” şirkətinin obyektlərinə zərbə vurduqlarını açıqlayıblar.
Hərəkatın hərbi nümayəndəsi Yəhya Saria bu barədə məlumat verib.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi də Ər-Riyadda “Saudi Aramco”ya məxsus obyektlərin hücuma məruz qaldığını bildirib.
Husilər bir gün əvvəl Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanını, “Saudi Aramco” obyektlərini və ölkənin başqa ərazilərindəki bir sıra hədəfləri vurduqlarını iddia etmişdilər.