QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasının 11-ci turunun son oyunlarında “Sabah” və “Şamaxı” 2:2, “İmişli” və “Sumqayıt” isə 0:0 hesabı ilə heç-heçə edib.
Günün ilk qarşılaşmasında “İmişli” Yevlax şəhər stadionunda “Sumqayıt”ı qəbul edib. Əkbər Əhmədovun baş hakim olduğu görüşdə qapılara qol vurulmayıb.
Turun son matçında “Sabah” “Şamaxı” ilə üz-üzə gəlib. “Sabah Arena”da keçirilən oyunda Karlos Eduardo 17-ci dəqiqədə hesabı açıb, Oruc Məmmədov 27-ci dəqiqədə tarazlığı bərpa edib. Coy Lens Mikels 49-cu dəqiqədə “Sabah”ı yenidən önə çıxarıb, Rəhman Daşdəmirovun 62-ci dəqiqədə avtoqolu isə yekun hesabı müəyyənləşdirib.
Peşəkar Futbol Liqası Vətən müharibəsində qələbənin 6-cı ildönümü münasibətilə 11-ci turu “Zəfər turu” elan etmişdi.
Turun digər nəticələri: “Qarabağ” – “Turan Tovuz” 0:1, “Neftçi” – “Kəpəz” 1:0, “Zirə” – “Qəbələ” 2:1, “Şəfa” – “Araz-Naxçıvan” 2:2.