QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, 2026-cı ilin ən qısa gündüzü dekabrın 21-də olacaq. Rusiyalı astronom Lyudmila Koşman bu barədə açıqlama verib.

Koşmanın sözlərinə görə, həmin tarixdə qış gündönümü baş verəcək. Şimal yarımkürəsində ilin ən uzun gecəsi və ən qısa gündüzü dekabrın 21-nə təsadüf edəcək.

Astronom gündüzün müddətinin 6 saat 59 dəqiqə olacağını bildirib.

Qış gündönümündə Günəş səmada ən aşağı nöqtəyə çatır. Bundan sonra gündüzlər yavaş-yavaş uzanır, gecələr isə qısalır.