QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində atılan addımlarla bağlı ölkəsinin mövqeyinin dəyişməyəcəyini bəyan edib. Bu proses Moskva ilə İrəvan arasındakı münasibətlərdə gərginlik yaradıb.

Moskvaya nəzərdə tutulan səfərinə bir neçə gün qalmış çıxış edən Paşinyan Qərbə yönəlmiş siyasətdən imtina etməyəcəklərini bildirib. O, Ermənistanın Aİ-yə üzvlük prosesini başlatmış qanunun ləğvinin müzakirə olunmadığını, Rusiyanın narazılığının bu mövqeyi dəyişmədiyini vurğulayıb.

Paşinyan qəbul edilən qanun barədə “Vaz keçmək mümkün deyil” deyərək, İrəvanın Avropa inteqrasiyası məqsədindən geri çəkilməyəcəyini qeyd edib. Ermənistanın bu istiqamətdə hüquqi addımları Rusiya ilə siyasi gərginliyin daha da artmasına səbəb olub.