QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Şimali Kiprin Girnə sahillərində baş vermiş gəmi qəzasının araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb. O, gəmi heyətinin keçmiş üzvüdür və Azərbaycan vətəndaşı olduğu bildirilir.

İstintaqın məlumatına əsasən, qəzanın səbəbi olduğu deyilən çatlağı ilk görən həmin şəxs onun şəklini çəkərək ikinci kapitana göndərib. Məhkəmə onun bir gün müddətinə həbsdə saxlanılması barədə qərar verib.

Avqustun 30-da Girnə sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər həyatını itirib, 239 nəfər xilas edilib. İtkin düşən daha bir sərnişinin axtarışı davam edir. Hadisə ilə əlaqədar indiyədək doqquz nəfər saxlanılıb, onlardan üçü Azərbaycan vətəndaşıdır.