QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistanın Sünik vilayətində fəaliyyət göstərən ümumi yurisdiksiya məhkəməsi Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayevlə bağlı qərar qəbul edib. Prokurorun müraciəti təmin olunub və onun barəsində həbs qətimkan tədbiri daha üç ay uzadılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına əsasən, Laçın rayonu istiqamətindəki hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Rasim oğlu Musayevin itkin düşməsi barədə məlumat yayılıb. O, 26 sentyabr 2026-cı ildə xidmət yerində olmayıb və olduğu yer müəyyən edilmədiyindən axtarış tədbirlərinə başlanılıb. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri zəruri axtarış işləri aparıb.
Hadisənin təfərrüatlarını araşdırmaq üçün Hərbi Prokurorluqda yoxlama keçirilib. Araşdırma zamanı Musayevin hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı əsaslı şübhələr yaranıb. Ermənistan məhkəməsinin əvvəlki qərarı ilə o, həbs olunub.