QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Şahrudin Məhəmmədəliyev “Qarabağ”ın heyətində 100-cü Premyer Liqa oyununu keçirib.

Yubiley matçı Misli Premyer Liqasının 11-ci turunda “Turan Tovuz”a qarşı ev görüşünə təsadüf edib. Ağdam təmsilçisi qarşılaşmanı 0:1 hesabı ilə məğlub başa vurub.

Məhəmmədəliyev “Qarabağ”da ilk dəfə 2016/17 mövsümündə meydana çıxıb. Qapıçı 11 mövsüm ərzində 54 qol buraxıb.

Turnirin tarixində eyni klubda ən azı 100 oyun keçirən futbolçuların sayı 218-ə çatıb. Məhəmmədəliyev bu siyahıda yer alıb.