QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, ARB Televiziyası Elgiz Əkbərin “Şadlıq olsun” layihəsinin kanalla əlaqəsi barədə yayılan məlumatlara münasibət bildirib.
Telekanalın rəsmi sosial şəbəkə hesabında yayımlanan açıqlamada qeyd olunub ki, aparıcının öz YouTube kanalında təqdim etdiyi layihənin ARB ilə heç bir bağlılığı yoxdur. Bildirilib ki, çəkilişlərdə telekanalın texniki avadanlığından, pavilyonundan və əməkdaşlarının xidmətindən istifadə edilmir.
ARB-nin məlumatına görə, Elgiz Əkbər hazırda telekanalın əməkdaşıdır, lakin hələlik onun heç bir ARB layihəsində iştirakı yoxdur və konkret layihə üzrə öhdəlik daşımır.