QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, xalq artisti Tünzalə Ağayeva qızı Fidanla bağlı açıqlama verib. Müğənni “Afaqla 10lar” verilişində övladının uşaqlıq illərindən danışıb.
Ağayeva bildirib ki, Fidanın yanında istədiyi qədər ola bilməməsi ürəyində qalıb. O, qızını 11 ildir yanından uzaqlaşdıraraq İstanbula göndərdiyini deyib.
“Bəlkə də bir az amansız ana oldum, amma zaman gələcək deyəcək ki, ana, nə yaxşı məni bura göndərmisən. Dəfələrlə deyib də”, – Tünzalə Ağayeva söyləyib.