QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal televiziya fəaliyyətindən uzaqlaşmasının şəxsi həyatına təsirindən danışıb. O, ekranlarda işlədiyi vaxt ətrafında çoxlu dost-tanışının olduğunu, televiziyadan ayrıldıqdan sonra isə onların əksəriyyətinin əlaqəni kəsdiyini söyləyib.
Kamal vaxtilə verilişində qonaq etdiyi sənət adamlarının da hazırda onunla maraqlanmadığını qeyd edib.
“Televiziya olanda ətrafımda çox adam, dost-tanış da var idi. İndi isə bunlar yoxdur. Bağda ərik var idi, salam-əleyk var idi məsələsi. Zəng edib halımı, nəyə ehtiyacım olduğunu soruşan da yoxdur. Allah heç kəsi heç kəsə möhtac eləməsin”, – aparıcı bildirib.