QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Xanım Sadıqova “Referans Medical Group”un Brend və kreativlik departamentinin rəhbəri vəzifəsinə təyin olunub.

Sadıqova 2025-ci ilin noyabrından 2026-cı ilin noyabrınadək şirkətdə rəqəmsal marketinq meneceri kimi çalışıb.

O, 2024-cü ilin avqustundan 2025-ci ilin martınadək ABŞ-də yerləşən San-Fransisko Körfəz Universitetində əməliyyatlar üzrə mütəxəssis olub.

2022-ci ilin aprelindən 2024-cü ilin yanvarınadək “iBoxApp” şirkətində rəqəmsal marketinq mütəxəssisi vəzifəsində çalışan Sadıqova, 2023-cü ilin yanvarından sentyabrınadək “ZADE Tech&Design” şirkətində də sərbəst əsaslarla eyni işi görüb.

2021-ci ilin sentyabrından 2022-ci ilin aprelinədək o, “Youth Inc.” şirkətində marketinq və ictimaiyyətlə əlaqələr üzrə menecer, 2020-ci ilin mayından sentyabrınadək isə “Enactus” təşkilatının Bakı Dövlət Universiteti üzrə marketinq meneceri vəzifəsində işləyib.