QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, tibb elmləri namizədi Rəşid Mahmudov şəxsi həyatı ilə bağlı açıqlama verib. Tanınmış həkim həyat yoldaşının gündəlik yaşamında mühüm yer tutduğunu və onsuz yaşamağın ona ağır gələcəyini söyləyib.
“Allahdan arzu edirəm, birinci mən ölüm, sonra mənim arvadım. Mənim üçün qadınsız həyat ola bilməz. Xanımsız qalsam, abır-həyam çöldə qalar. Çox pinti adamam. Hər gün paltarım dəyişilir, kostyumum hazır olur. Hər dəqiqə belədir”, – deyə Rəşid Mahmudov bildirib.
Həkimin xanımına bağlılığını dilə gətirdiyi fikirlər sosial şəbəkələrdə müzakirə mövzusu olub.