QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyə kinosunun və musiqisinin tanınmış simaları Türkan Şorayla Emel Sayının illər öncə çəkilmiş fotosu sosial şəbəkələrdə diqqət çəkib.
Türk sənət musiqisinin ifaçısı Emel Sayın şəxsi arxivində saxladığı, aktrisa Türkan Şorayla birlikdə olduğu şəkli paylaşıb. Fotoda onlar üz-üzə əyləşərək gülümsəyir və əl-ələ tuturlar.
Sayın paylaşımında Şoraya sevgisini dilə gətirib. O, bəzən aktrisa ilə birlikdə mahnı oxuduqlarını da qeyd edib. Foto Türkiyə kinosu və musiqisinin əvvəlki dövrlərini yada salan nostalji görüntü kimi izləyicilərin marağına səbəb olub.