QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənnilər Nəfəs Məmmədova və Pünhan Priyevin məclislərdən birində çəkilən səmimi görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Nəfəs məsələ ilə bağlı onları tənqid edənlərə yenidən videomüraciət ünvanlayıb. O bildirib ki, Pünhan subay olduğu vaxt insanların onları yaxın münasibətdə olmaqda günahlandırmaması üçün ondan kənar gəzməyə çalışıb.

Müğənninin sözlərinə görə, Pünhan ailə qurduqdan sonra onunla rahat şəkildə duet oxuyub səhnədə çıxış edə biləcəyini düşünüb, lakin müzakirələr davam edib. Nəfəs qeyd edib ki, dueti dayandırsa belə, tənqidçilər başqa iradlar səsləndirəcəklərini deyəcəklər.

“Pünhanla qarşılıqlı hörmətimiz var. Məni bacısı kimi görüb deyə öpüb”, – deyə Nəfəs bildirib.