QafqazNews Haber Global-a istinadən xəbər verir ki, usta sənətçi Orhan Gencebay son vaxtlar gündəmə gələn miras mübahisələrinə münasibət bildirib.

Kadir İnanırın mal varlığını həyat yoldaşı Jülide Kural-a qoyması ilə başlayan müzakirələrdən sarsıldığını söyləyən Gencebay deyib ki, belə anlaşmazlıqlar ailələr arasında olmamalıdır. O, hələ vasiyyətini hazırlamadığını da bildirib.

Sabah qəzetinə danışan Gencebayın sözlərinə görə, yaşananlar onu çox kədərləndirib və "Vasiyyətimi hazırlamadım amma bəlkə sonra hazırlaram" deyə əlavə edib.

Mal varlığını kiminə qoyacağı barədə verilən suala cavabında isə Gencebay ailəsinə olan bağlılığını vurğulayıb. "Mənim çox gözəl bir ailəm var. Mənim hər şeyim onlarındır. Ailəmdən ötrü canımı verərəm. Şükürlər olsun, hər kəsə yetəcək maddi və mənəvi kifayətimiz var" deyə sənətçi bildirib.