QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, müğənni Əkbər Əliyev duet oxumaq üçün tələb etdiyi məbləği açıqlayıb.

“İki rəng” verilişində qonaq olan sənətçi Xalq artisti Röya Ayxan və müğənni Roza Zərgərli ilə dostluq münasibətlərinə görə ödəniş almadan duet ifa etdiyini deyib.

Əliyevin sözlərinə görə, digər müğənnilər onunla duet oxumaq üçün 10-15 min manat qonorar ödəməlidirlər.

“Mənimlə duet oxumaq üçün 10-15 000 manat ödəməlidirlər”, – deyə o bildirib.