QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Basketbol Liqasında VI turun oyunları başa çatıb. Turun son qarşılaşmasında “Naxçıvan” “LANDAU Lions” üzərində qələbə qazanıb.
Milli Gimnastika Arenasında keçirilən matç 63:59 hesabı ilə yekunlaşıb.
Günün ilk oyununda isə “Sumqayıt” səfərdə “Gəncə”ni 80:76 hesabı ilə üstələyib.
Turun əvvəlki görüşlərində “Sabah” “Ordu”nu 93:81, “Neftçi” isə NTD-ni 82:63 hesabı ilə məğlub etmişdi.