QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Elmir Rzalı INBA-nın təşkil etdiyi Avrasiya çempionatında qalib olub.
O, “Men’s Physique” kateqoriyasında birinci yeri tutaraq yarışın kubokunu qazanıb. Bu nəticə ilə Rzalı üçqat Avrasiya çempionu tituluna yiyələnib.
İdmançı daha əvvəl Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycanı təmsil edib və ikinci yeri tutub.
Yardımlı rayonunun Bilnə kəndindən olan Elmir Rzalı bu idman növündə üçqat Azərbaycan çempionudur. O, Vətən müharibəsi şəhidi Əli Nuru oğlu Rzalının qardaşıdır.