QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundu üçün heyəti açıqlanıb. Komandaya 21 futbolçu çağırılıb.
Yığma bu gündən noyabrın 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq. Komanda noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, noyabrın 14-də saat 19:30-da Şimali İrlandiya, noyabrın 17-də isə saat 14:00-da Litva ilə üz-üzə gələcək.
İlk iki matç “DFB Kampus”da, son qarşılaşma isə “Nidda-Sportfeld”də keçiriləcək.
Heyətdə yer alan futbolçular və çıxış etdikləri klublar:
Oqtay Mehrəliyev (klubsuz), Bilal Hacıyev (Qarabağ FK), Ülvi Abbaslı (Sumqayıt FK), Vaqif Nəbiyev (Qarabağ FK), Cihad Sadıqov (Sabah FK), Ruslan Quliyev (Neftçi PFK), Turan Ramazanov (Turan Tovuz PFK), Emil Quliyev (Neftçi PFK), Tunar Bayramov (Qarabağ FK), Vaqif Məmmədli (Sabah FK), Nicat Əhmədzadə (Marcet, İspaniya), Əhəd Hacızadə (Qarabağ FK), Yusif Orucəliyev (Qarabağ FK), Şikar Şikar (Neftçi PFK), Tunar Əsgərzadə (Qarabağ FK), Rəsul Balakişiyev (İmişli PFK), Sübhan Əlizadə (Neftçi PFK), Qafar Babayev (Neftçi PFK), Nazim Əliyev (Qrafiçar, Serbiya), Yusif Quliyev (Qarabağ FK) və Daniil Rəcəbov (Qarabağ FK).