QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, “Barselona”nın və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən “Golden Boy-2026” mükafatına layiq görülüb.

19 yaşlı futbolçu 2026-cı ildə həm klubda, həm də milli komandada uğurlu çıxışı ilə seçilib. Kubarsi İspaniya yığmasının tərkibində dünya çempionu olub və turnirin ən yaxşı gənc oyunçusu adına yiyələnib. O, “Barselona” ilə İspaniya çempionluğunu ardıcıl ikinci dəfə qazanıb.

Kubarsi bu mükafatın tarixində qalib olan ikinci müdafiəçidir. 2018-ci ildə “Golden Boy” mükafatını Niderland millisinin futbolçusu Matteys de Liqt əldə etmişdi.