QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Lorenzo Mezzotero son çempionat görüşündə zədə alıb.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yaydığı məlumata görə, zədəsi səbəbindən Mezzotero millinin heyətindən çıxarılıb. Onun yerinə “Araz-Naxçıvan”ın futbolçusu Ağadadaş Salyanski yığmaya dəvət olunub.