QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını bu gün keçirəcək. Yığmanın rəqibi Latviya seçməsi olacaq.

Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da veriləcək.

XII qrupda mübarizə aparan Azərbaycan millisi əvvəlki oyunlarda Çexiyaya səfərdə 1:2 hesabı ilə məğlub olub. Lənkəranda keçirilən görüşdə isə tərəflər 2:2 hesablı heç-heçə ilə kifayətləniblər.