QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanın əksər bölgələrində yağıntılı hava hökm sürür, bəzi ərazilərdə yağış intensivləşib.
Bakıda və Abşeron yarımadasında, həmçinin Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Goranboyda arabir yağış müşahidə olunur.
Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Qaxın Sarıbaş kəndində qar yağır. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti saniyədə 24 metrədək yüksəlir.