QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Rusiyanın Xalq artisti Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib. Aktrisanın ölümünə ürək çatışmazlığı səbəb olub.

Fedoseyeva-Şukşina ilk dəfə 1955-ci ildə “İki kapitan” filmində çəkilərək kino karyerasına başlayıb. O, fəaliyyəti ərzində 80-dən artıq ekran əsərində rol alıb.