QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Bakı ilə Sumqayıt arasında hər iki istiqamətdə avtobusların xüsusi zolaqlarla hərəkətini tam əlaqələndirmək planlaşdırılır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib. Onun sözlərinə görə, sərnişinlərin rahat və gecikmədən daşınması məqsədilə paytaxtın 44 küçə və prospektində ümumi uzunluğu təxminən 117 kilometr olan xüsusi hərəkət zolaqları yaradılıb.
Orucov qeyd edib ki, belə zolaqlar şəbəkəsinin genişləndirilməsi mütəmadi olaraq nəzərdən keçirilir. Bakı-Sumqayıt şosesində də avtobuslar üçün xüsusi zolaq mövcuddur. Təhlillər həmin marşrutda ictimai nəqliyyatdan istifadə edənlərin təyinat yerinə daha sürətli və rahat çatdığını göstərir.
AYNA rəsmisinin bildirdiyinə görə, paytaxtdan Sumqayıta və geriyə avtobus hərəkətinin tam əlaqələndirilməsi nəzərdə tutulur.