QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayev və onun keçmiş müavini Azad Balayevin cinayət işi üzrə hazırlıq iclası baş tutub.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun rəhbərlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin şəxsi məlumatları dəqiqləşdirilib. Ardınca işin məhkəmə baxışına çıxarılması barədə qərar qəbul edilib. Növbəti iclas dekabrın 11-də keçiriləcək.

İslam Rzayev ötən ilin oktyabrında həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci, yəni külli miqdarda mənimsəmə, eləcə də 311.3.2-ci, təkrar rüşvət alma maddələri ilə ittiham irəli sürülüb. O, oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Azad Balayev 2026-cı ildə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311.3.1-ci, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma, 311.3.2-ci, təkrar rüşvət alma, 311.3.3-cü, külli miqdarda törədildikdə, habelə 32.5 və 311.3.2-ci maddələri ilə ittiham verilib. Balayev 2007–2022-ci illərdə Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini olub.