QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna Belarus sərhədində mülki şəxslərin mübadiləsini həyata keçirib.
Mübadilə Qomel vilayətindəki “Novaya Quta” sərhəd-keçid məntəqəsində baş tutub. Ukraynadan Rusiyaya 20, əks istiqamətdə isə 23 nəfər yola salınıb. Bildirilib ki, mübadilədə iştirak edənlərin böyük hissəsi yaşlı insanlardır.