QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyat sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Sıxlıq Bakı-Sumqayıt şosesində “Xırdalan” dairəsi və “20 Yanvar” metro stansiyası istiqamətlərində, eləcə də Binəqədi şosesində “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsinə gedən yolda qeydə alınıb.

Alı Mustafayev və Əbdülvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti istiqamətində olan hissələrində, həmçinin Əbdülvahab Salamzadə küçəsində “Qələbə” dairəsi yönündə hərəkət sıxlaşıb. Ziya Bünyadov prospektində Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metrosuna və Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsinə doğru da sıxlıq var.

Tbilisi prospektində İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” stansiyasına, eləcə də həmin stansiyadan mərkəz istiqamətində nəqliyyatın hərəkəti çətinləşib. Fətəli xan Xoyski prospektində “Gənclik” metrosunun qarşısından Həsənoğlu küçəsinə, Atatürk prospektində isə Ziya Bünyadov prospektinə doğru sıxlıq müşahidə edilir.

Heydər Əliyev prospektinin köməkçi yolunda mərkəzə doğru, Mirzə Qədim İrəvani küçəsində Koroğlu Rəhimov küçəsi istiqamətində və Xətai prospektində Heydər Əliyev prospektinə doğru hərəkət intensivləşib. Yusif Səfərov küçəsində həm Heydər Əliyev prospekti, həm də mərkəz istiqamətində sıxlıq qeydə alınıb.

8 Noyabr prospektində Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesinə doğru, Neftçilər prospektində isə Yusif Səfərov küçəsi istiqamətində sıxlıq var. Dənizkənarı küçəsində Bayraq Meydanının qarşısından “Azneft” dairəsinə, Mikayıl Müşfiq küçəsində “Badamdar” dairəsindən 20 nömrəli məktəb-liseyə doğru da hərəkət çətinləşib.

Bundan başqa, Dilarə Əliyeva və 28 May küçələrinin Puşkin küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək olan hissələrində, Üzeyir Hacıbəyli küçəsində Azadlıq prospekti ilə kəsişməyə qədər, Şəmsi Bədəlbəyli küçəsində “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində və Babək prospektində mərkəzə doğru nəqliyyat sıxlığı müşahidə olunur.