QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Cəbrayıl rayonunda təbiətə 10 ceyran buraxılıb. Bu addım Azərbaycanda vəhşi heyvanların tarixi areallarına qaytarılması və saylarının bərpası üçün görülən işlərin davamıdır.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib ki, tədbir “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilib.

Mirzəyevin sözlərinə görə, indiyədək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 50 ceyran təbiətə buraxılıb. Bu tədbirlərin məqsədi həmin bölgələrdə fauna müxtəlifliyini bərpa etmək, nadir növlərin təbii mühitdə populyasiyasını artırmaqdır.