QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Braziliyanın “Seara” klubu Aleks de Souzanı baş məşqçi vəzifəsinə gətirib. Bu barədə komandanın rəsmi açıqlamasında bildirilib.

Braziliya millisində çıxış etmiş keçmiş futbolçu mövsümün sonunadək “Seara”ya rəhbərlik edəcək.

De Souza karyerasının ən uğurlu dövrünü İstanbulda keçirib. O, 2004-2012-ci illərdə “Fənərbağça”nın formasını geyinib.