QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müğənni Ayan Babakişiyeva evində keçirdiyi gündən görüntüləri izləyiciləri ilə bölüşüb.
Sənətçi bir gününü videoya çəkib. Paylaşımında yeni fotosessiyasını yayımlamaq niyyətində olduğunu, lakin ötən il eyni vaxtda çəkdiyi vlogun izləyicilər tərəfindən bəyənildiyini xatırlayaraq yenidən belə video hazırlamağa qərar verdiyini bildirib.
Babakişiyeva səhnədən sonra onu sevindirən və maraqlandıran məşğuliyyətlərdən birinin mətbəx olduğunu qeyd edib. Videoda onun çox yemək hazırlamasına baxmayaraq, Selena üçün sadə menyu seçilməsinə dair mümkün sualı da cavablandırıb.
Müğənni həftə ərzində asan yeməklərə üstünlük veriləndə həm özü üçün, həm də sonradan rahatlıq olması məqsədilə dondurucuda hazır fabrikat yeməklər saxladığını yazıb. O, videonu özü çəkib montaj etməyin çətin olduğunu da vurğulayıb.
Ayan Babakişiyeva bundan sonra komandası ilə gündəlik ev vlogları hazırlayacağını, ev işlərinə sərf etdiyi zəhmətin də videolarda əks olunmasını istədiyini bildirib.