QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, noyabrın 5-də saat 17:00-a olan vəziyyətə əsasən, ölkənin bəzi ərazilərində küləkli və yağışlı hava qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, bir sıra yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Mingəçevirdə isə 18 m/s olub.
Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Şəmkir, Quba, Qusar, Xaçmaz, Şabran və Qobustanda fasilələrlə yağış yağıb.