QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, bu gün saat 09:30 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində yol qəzası baş verib.
Böyükşor gölünün üzərindən keçən yolun girişində, paytaxtın mərkəzinə gedən istiqamətdə “Opel” və “Tofaş” markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində “Tofaş” tam yararsız vəziyyətə düşüb, digər avtomobilə isə xeyli ziyan dəyib. Hadisədə xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.