QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Üçtəpə kəndində yaşayış evində yanğın baş verib.

Alov Famil Rzayevə məxsus birmərtəbəli evdə qeydə alınıb. Ümumi sahəsi 80 kvadratmetr olan tikilinin 16 kvadratmetrlik hissəsi yanıb.

Hadisə yerinə gələn yanğından mühafizə bölməsinin əməkdaşları alovu söndürüblər və onun başqa tikililərə yayılmasına imkan verməyiblər.

Faktla bağlı araşdırma aparılır.