QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Naxçıvan şəhərində üç avtomobilin iştirakı ilə zəncirvari qəza qeydə alınıb.

Hadisə Əziz Əliyev küçəsində baş verib. Toqquşmada “Mercedes”, “Nissan” və “Lifan” markalı avtomobillər iştirak edib. Qəza nəticəsində 1998-ci il təvəllüdlü Məmmədov Razim Cavad oğlu xəsarət alıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.