QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Şamaxı şəhərində bir vətəndaşın döyülməsi barədə sosial şəbəkələrdə yayılan müraciət polis tərəfindən araşdırılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupunun bildirdiyinə görə, fakt rəsmi qaydada qeydə alınıb. Hadisənin bütün detalları, o cümlədən tərəflər arasındakı münaqişənin səbəbi və iştirakçıların davranışları müəyyənləşdirilir, bunun üçün zəruri prosessual tədbirlər görülür.

Vətəndaşın aldığı xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

Araşdırma çərçivəsində hadisədə iştirak edən şəxslərin sərxoş halda avtomobil idarə etməsi barədə iddia və səsləndirilən digər fikirlər də yoxlanılacaq.