QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Gəncədə vətəndaşa məxsus “Chevrolet” markalı avtomobil yanıb. Hadisə şəhərdəki şadlıq saraylarından birinin yaxınlığında baş verib.

Avtomobil qəfil alışıb və yanğın nəticəsində onun salonu ilə mühərrik hissəsi zərər görüb. Alov Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.