QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Hacıqabulda “Azpetrol” şirkətinə məxsus yanacaqdaşıyan avtomobil qəzaya uğrayıb.
Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına sürüşüb. Əraziyə polis əməkdaşları cəlb edilib, avtomobilin yoldan götürülməsi üçün işlər görülür.
Qəza zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.