QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycan idmançıları bədii üzgüçülük üzrə Macarıstan Kubokunda uğurlu nəticə göstəriblər. Bu barədə Azərbaycan Üzgüçülük Federasiyası məlumat yayıb.
Yarışda yeniyetmələr kateqoriyasında mübarizə aparan Emiliya Məmmədli və Tahirə Hüseynova qızıl medal əldə edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Turnirdə Almaniya, Çexiya, Qazaxıstan, Macarıstan, Malta və Misir təmsilçiləri də iştirak ediblər.