QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Batumidə Türkiyənin “Beşiktaş” klubunun azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlara görə 16 nəfər saxlanılıb. Azarkeşlər İsrailin “Hapoel Beer-Şeva” komandası ilə Avropa Liqası matçına gəlmişdilər.
Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, azarkeşlərin zorakı davranışları nəticəsində üç nazirlik əməkdaşı müxtəlif xəsarətlər alıb. Hüquq-mühafizə orqanları qanunazidd əməllərə görə 16 nəfəri saxlayıb.