QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, JAECOO 7 SHS-P Böyük Britaniyada keçirilən “National Three Peaks Challenge” sınağında hər 100 kilometrə 4,11 litr yanacaq sərf edib və bu nəticə ilə Ginnesin Rekordlar Kitabına düşüb.

2026-cı il sentyabrın 19-dan 20-dək baş tutan sınaq Şotlandiya, İngiltərə və Uelsin ən uca zirvələrini birləşdirən 756 kilometrlik yolda keçirilib. Marşruta magistral, kənd və dolanbac dağ yolları daxil olub. Güclü yağış və külək şəraitində avtomobilin hibrid sistemi yüksək enerji səmərəliliyi nümayiş etdirib.

Yürüşdə texniki baxımdan dəyişdirilməmiş, seriya istehsalı JAECOO 7 SHS-P istifadə olunub. Yanacaq doldurma və şarj girişləri Britaniyanın RAC təşkilatının iştirakı ilə möhürlənib, məsafə göstəriciləri isə Webfleet platformasında qeydə alınıb. Guinness World Records nəticəni marşrutu tamamlayan PHEV SUV-lər arasında ən aşağı yanacaq sərfiyyatı üzrə dünya rekordu kimi təsdiqləyib.

OMODA & JAECOO-nun SHS (Super Hybrid System) texnologiyası bundan əvvəl də yürüş göstəricisi ilə seçilib. Cari ilin iyununda JAECOO 7 SHS-P Böyük Britaniyanın UTAC Millbrook sınaq mərkəzində tam yanacaq çəni və doldurulmuş batareya ilə 1 333 kilometr yol qət edib. Bu nəticə rəsmi WLTP göstəricisini 11,14 faiz üstələyib.

Şirkətin Britaniya bazarındakı satış göstəriciləri də açıqlanıb. Böyük Britaniya Avtomobil İstehsalçıları və Ticarətçiləri Assosiasiyasının (SMMT) məlumatına görə, JAECOO 7 sentyabr və oktyabr aylarında ardıcıl olaraq ölkədə ən çox satılan yeni avtomobil olub. 2026-cı ilin ilk 10 ayında 42 885 qeydiyyatla model ümumi sıralamada ikinci yeri tutub.

Üç il ərzində bir milyon avtomobil satan və 79 ölkənin bazarında təmsil olunan OMODA & JAECOO mühəndislik həlləri vasitəsilə performans, enerji səmərəliliyi və komfortu birləşdirməyə çalışır.

OMODA & JAECOO-nun Azərbaycandakı rəsmi distribyutoru IMOTORS MMC avtomobillərin satışını, 7 il və ya 200 000 kilometrlik rəsmi zəmanəti və satışdan sonrakı servis xidmətlərini təmin edir. Şirkətin ünvanı Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 57C-dir; əlaqə nömrəsi *8887, vebsaytı isə www.omodajaecoo.az-dır.

Yanacaq sərfiyyatı və yürüş məsafəsi ilə bağlı rəqəmlər xüsusi sınaqların nəticələridir və real istifadə şəraitində dəyişə bilər.