QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Puerto-Rikonu təmsil edən Cennifer Barreto 116 iştirakçını geridə qoyaraq 2026-cı ilin “Kainat gözəli” tituluna sahib çıxıb.

Gözəllik müsabiqəsinin 75-ci buraxılışı Puerto-Rikonun paytaxtı San-Xuanda təşkil olunub. Müxtəlif ölkələrdən qatılan 116 qadın arasından qalib ev sahibi ölkənin təmsilçisi seçilib. 27 yaşlı Barreto evli və övlad sahibi olduğu halda bu titulu qazanan ilk iştirakçıdır.

“Miss Universe” təşkilatının 2023-cü ildə qaydaları dəyişməsindən sonra evli və uşaqlı qadınların da yarışmaya qatılmasına icazə verilib. ABŞ ordusunda xidmət edən Yan Karlos Barreto Kalderonla ailəli olan Cenniferin Penelopa adlı 7 yaşlı qızı var.

Barreto psixologiya və klinik sosial xidmət sahələrində iki magistr dərəcəsi alıb və hazırda sosial xidmət sahəsində çalışır. Onun qələbəsi Puerto-Rikoya 20 ildən sonra “Kainat gözəli” tacını yenidən qazandırıb. O, tacı ötən ilin qalibi, meksikalı Fatima Boşdan qəbul edib.

Müsabiqədə Dominikan Respublikasını təmsil edən Melissa Nunes ikinci, Venesuela təmsilçisi Klara Veqas isə üçüncü yeri tutub.