QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Comex birjasında 2026-cı ilin dekabrında çatdırılması nəzərdə tutulan qızıl füçersinin qiyməti bir trua unsiyası üçün 3 500 dollardan aşağı enib. Bu, ötən ilin avqustun 29-dan bəri qeydə alınan ilk belə göstəricidir.

Bakı vaxtı ilə saat 15:58-də qiymətli metalın bir unsiyası 2,01 faiz ucuzlaşaraq 3 490,4 dollar olub. Saat 16:03-ə olan göstəricidə isə enmə 1,91 faizə qədər zəifləyib, füçersin qiyməti 3 493,9 dollar təşkil edib.