QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 18 milyon 392 min 916,04 ton xam neft və neft məhsulları ixrac edib. Məlumat gömrük bəyannamələrinə əsaslanır.
İxrac olunan xam neftin dəyəri 12 milyard 161 milyon 967,27 min ABŞ dolları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 11,4 faiz azalsa da, dəyəri 12,1 faiz artıb.
Hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi 43 milyard 189 milyon ABŞ dollarına çatıb ki, bu da illik müqayisədə 5,7 faiz çoxdur. Dövriyyənin 27 milyard 921 milyon dolları ixracın, 15 milyard 268 milyon dolları isə idxalın payına düşüb. Bir ildə ixrac 29,05 faiz artıb, idxal isə 20,6 faiz azalıb.