QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov vətəndaşların manata və bank sektoruna inamının yüksəlməkdə davam etdiyini bildirib.
Kazımov bu fikirləri parlamentdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. Onun sözlərinə görə, dollarizasiya illik müqayisədə 3,3 faiz bəndi azalaraq 25,2 faizə enib. Bu göstərici tarixi minimumdur.
AMB sədri qeyd edib ki, 2021-ci ilin sonu ilə müqayisədə dollarizasiya 15,4 faiz azalıb. Eyni zamanda, Mərkəzi Bankın ehtiyatları cari ilin ilk 10 ayının yekununda 34 faiz artaraq 3,9 milyard ABŞ dolları yüksəlib. Kazımov bunun ölkə tarixində ən yüksək səviyyə olduğunu vurğulayıb.